“Qarabağ” sabah yoxlama görüşü keçirəcək

“Qarabağ” sabah yoxlama görüşü keçirəcək
19:17 13 İyun 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” növbəti mövsümün hazırlıqlarını davam etdirir. Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi öz bazasında gündə 1 dəfə olmaqla məşqlərə çıxır.

 

U-21 millimizin heyətində təlim-məşq toplanışında olan 3 futbolçu Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabov da artıq kollektivlə birlikdə məşqlərə qoşulublar.

 

Bakıda baş tutan hazırlıq prosesində son çempion bir yoxlama oyunu keçirəcək. Belə ki, “Qarabağ” sabah Qəhrəman Əliyevin başçılıq etdiyi “Bakı” komandası ilə üz-üzə gələcək.

 

“Azərsun Arena”da keçiriləcək matç saat 17:30-da start götürəcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qaraba-sabah-yoxlama-goruu-kecirck-t58680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR