Əfsanələr "Nou Kamp"da üz-üzə

Əfsanələr "Nou Kamp"da üz-üzə
19:22 13 İyun 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" ilə "Mançester Yunayted" əfsanəvi futbolçuları arasında xeyriyyə matçı keçiriləcək. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qarşılaşma iyunun 30-da "Nou Kamp" stadionunda oynanılacaq.

Ronaldinyonun kapitan olacağı "Barselona"nın heyətində Simao Sabroza, Edqar Davids, Lüdovik Jüli, Edmilson, Qaiska Mendieta və Migel Anxel Nadal kimi futbolçular çıxış edəcək.
 
"Mançester Yunayted"də isə Duayt York, Yesper Blomkvist, Mikael Silvestre, Park Ci-Sun, Dimitar Berbatov, Kvinto Forçun və Karel Poborskinin oynayacağı dəqiqləşib.

Qarşılaşmanın bilet satışından əldə ediləcək gəlir Barselona Uşaq Xərçəng Mərkəzinə köçürüləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/554019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR