Mingəçevirdə dispanserdə DAVA: Tibb bacısı həmkarını döydü

Mingəçevirdə dispanserdə DAVA: Tibb bacısı həmkarını döydü
19:22 13 İyun 2017
35 Digər
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserdə dava düşüb. 

Milli.Az report.az-a istinadən bildirir ki, əlbəyaxa dava səhiyyə ocağının kiçik tibb heyəti arasında qeydə alınıb.  

Belə ki, mübahisə zəminində Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserin tibb bacılarından biri həmkarı, 1978-ci il təvəllüdlü tibb bacısı Vəfa Rasim qızı Əşrofovanı döyərək ciddi xəsarət yetirib. Yaralı tibb bacısı təcili yardım maşını ilə Məingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kələ-beyin sarsıntısı diaqnozu ilə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/554036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR