Ukrayna Qazaxıstana nota verməyə hazırlaşır

Ukrayna Qazaxıstana nota verməyə hazırlaşır
19:52 13 İyun 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstanda keçirilən festivalda Krımın Rusiya ərazisi kimi göstərildiyi xəritənin nümayiş etdirilməsi rəsmi Kiyevin narazılığına səbəb olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ukrayna XİN bununla bağlı Qazaxıstana etiraz notası göndərməyə hazırlaşır.

Ukrayna tərəfi festivalda nümayiş olunan atributların sonradan dəyişdirildiyini, Krımın əvvəlcə Ukrayna xəritəsində göstərildiyini vurğulayıb.

Xatırladaq ki, iyun ayının 12-də Britaniya mətbuatında yayılan xəbərlərdə Krım Rusiyanın cənub-qərb ərazisi kimi verilmişdi.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/554015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR