Onların sevgilərinə ətrafındakılar, hər kəs şahiddir.
Milli.Az pressclub.az-a istinadla xəbər verir ki, Bakıda Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 11 saylı xüsusi təyinatlı məktəbdə təhsil alan Kamranla Xədicənin münasibətləri təhsil müəssisəsinin digər şagirdlərindən fərqlənir.
9-cu sinifdə oxuyan və daun sindromundan əziyyət çəkən bu şagirdlər hələ 3-cü sinifdən bir-birlərinə bağlanıblar.
Onlar məktəbdə də, məktəbdən kənarda da bir-birlərinə dəstək olurlar.
Müəssisənin rəhbəri Şahzadə xanım deyir ki, onların sevgilərinə hətta sağlam adamlar da qibtə edir: "Normal həyat tərzi keçirən, sağlam insanlara da belə sevgi arzu edirəm".
Elə məktəbdə keçirilən "Son zəng" tədibirində də bu sevgiyə şahidlik etdik. Mərasim boyu bir-birinin əlini buraxmayan Kamranla Xədicə birlikdə rəqs etdilər, oxudular, əyləndilər.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində