"Mənim texnikam Ronaldodan daha yaxşıdır"

"Mənim texnikam Ronaldodan daha yaxşıdır"
19:57 13 İyun 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiya millisinin sabiq futbolçusu Rafael Van der Vaart "Real"da birlikdə oynadığı Kriştianu Ronaldo barədə fikir bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, karyerasını "Midtjylland"da davam etdirən təcrübəli yarımmüdafiəçi bunları deyib:

Ronaldo fenimendir. Krişitanu ilə məşq edən onun atletizmindən daha çox təsirlənir. Amma mənim texnikam ondan daha yaxşıdır. Bir çox insanlar dəli olduğunu düşünəcək, lakin belədir. Ronaldonun məşqlərdə işləmək əzmini bəyənirəm. İşə mükəmməl yanaşması var".

Van der Vaart 2008-10-cu illərdə Madrid klubunun formasını geyinib. "Real"da 58 oyuna çıxan havbek 11 qol vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/554035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR