Mingəçevirdə şəhid bulaqlarına sayğac qoydular - NARAZILIQ - VİDEO - FOTO

Mingəçevirdə şəhid bulaqlarına sayğac qoydular - NARAZILIQ - VİDEO - FOTO
20:22 13 İyun 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə şəhidin adını daşıyan bulaqdan ya su gəlmir, ya da sayğac quraşdırılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, məhəllə sakinlərinin təşəbbüsü ilə çəkilən şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa isə 6 ay əvvəl sayğac quraşdırılıb. Şəhidin həyat yoldaşı deyir ki, bulaqdan daim suyun gəlməsi üçün hər ay 5 manat ödəyir.

Arzu Mustafayeva (şəhidin yoldaşı) : "Mingəçevir şəhərində yaşayıb, suya yaxın olduğumuz üçün qəribə gəlir ki, sayğac quraşdırılıb. Əlacsızlıqdan buna da şükür edirik. Çünki yoldaşımın adınadır".

Mingəçevirin mərkəzində ümumilikdə 6-dan çox şəhid bulağının suyu kəsilib. Şəhər su kanal idarəsindən bunu həmin bulaqların köhnə şəbəkədən qidalanması ilə izah edirlər. Hazırda həmin su şəbəkələri istismara yararsız olduğundan suyun verilişi dayandırılıb. Belə aydın olur ki, həmin şəhid bulaqları şəhərin ümumi balansında yox, fərdi istifadə kimi qeydiyyata alınır. Buna görə də bura suyun verilməsi sayğacla tənzimlənir. Şəhid bulaqları ilə digər narahatlıq isə ərazinin natəmiz olması və xatirə lövhələrinin tanınmaz hala düşməsidir.

Videonu izləmək üçün şəklə klikləyin:
Mingəçevirdə BİABIRÇILIQ: Şəhid bulaqlarına sayğac qoydular

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/554042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR