Almaniya vətəndaşlığını qəbul edən ingilislərin sayı artır -

Avropa İttifaqından (Aİ) ayrılacağı dəqiqləşən İngiltərədə insanların Almaniya vətəndaşlığına marağı artıb.

Metbuat.az-ın məlumatına görə, "Breksit"dən sonra Almaniya vətəndaşlığını qəbul edən ingilislərin sayında artım müşahidə olunur. Belə ki, 2015-ci ildə İngiltərəni Almaniyaya dəyişənlərin sayı 622 olduğu halda, 2016-cı ildə bu rəqəm 2 865-ə yüksəlib.

Miqrasiya mütəxəssisləri artımın birbaşa referendum nəticələri ilə əlaqəli olduğunu bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR