“Baku City Tour” turistik avtobusların fəaliyyəti müvəqqəti dayandırılır

“Baku City Tour” turistik avtobusların fəaliyyəti müvəqqəti dayandırılır
20:47 13 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi yanında Bakı Turizm İnformasiya Mərkəzi Bakı sakinlərinə və paytaxtın qonaqlarına müraciət edib.
“Report”un məlumatına görə, müraciətdə bildirilib ki, 12 iyun-5 iyul tarixlərində - “Formula-1” yarışlarının keçirilməsi dövründə əsas şəhər istiqaməti olan magistral yolların bağlanması nəzərə alınaraq “Baku City Tour” turistik avtobuslarının müvəqqəti fəaliyyəti dayandırılır.
“Eynı zamanda “Sprinter” turistik mikroavtobuslarla Bakı şəhər sakinləri, turist və qonaqları üçün “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu”, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ”, “Qala Tarix Etnoqrafiya Qoruğu”-na ekskursiyalar təşkil olunacaq”, - məlumatda qeyd edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/baku-city-tour-turistik-avtobuslarin-fealiyyeti-muveqqeti-dayandirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR