Bərdədə 5 otaqlı evdə yanğın baş verib

Bərdədə yanğın hadisəsi qeydə alınıb.

FHN-nin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, yanğın rayonun Mirasəfli kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan 5 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının tavanı 24 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR