Badamdarda nasosxananı ildırım vurdu - Qəsəbə susuz qaldı

Badamdarda nasosxananı ildırım vurdu -  Qəsəbə susuz qaldı
20:57 13 İyun 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Badamdar qəsəbəsini içməli su ilə təmin edən nasosxananın elektrik təchizatı sistemini ildırım vurub.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Qurum rəsmisi bildirib ki, bununla əlaqədar qəsəbənin içməli su təchizatında 14 iyun saat 15-ə qədər fasilə olacaq.

"Azərsu" ASC-nin mütəxəssisləri hazırda hadisə yerində qəzanın nəticələrini aradan qaldırırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/554045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR