Məktəbəhazırlıq qrupları ilə bağlı anlaşılmazlıq - VİDEO

Məktəbəhazırlıq qrupları ilə bağlı anlaşılmazlıq - VİDEO
21:12 13 İyun 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyi valideynlər arasında məktəbəhazırlıq qrupları ilə bağlı yaşanan anlaşılmazlığa aydınlıq gətirib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, nazirliyin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu deyir ki, 5 yaşı tamam olmuş uşaqların məktəbə qədər təhsillə əhatə olunması üçün həm bağçalarda, həm də məktəblərdə hazırlıq qrupları təşkil edilib. Bu qrupların fərqi yalnız harada təşkil edilməsidir.
Məlumdur ki, bağçalarda 3, 4 və 5 yaşlı uşaqlar ayrı-ayrı qruplarda qalırlar. Uşaq 5 yaşı tamam olduqdan sonra avtomatik olaraq bağça daxilində yaradılan məktəbə hazırlıq qrupuna daxil edilir.
3 yaşa qədər uşaqlar körpələr evində, 3 yaşdan 6 yaşa qədər isə bağçalarda qala bilərlər. Bağçaların azlığı ucbatından məktəbəqədər təhsil icbari deyil. Valideynlər yeni mövsümdə öz istəklərinə uyğun yaxınlıqdakı bağçalara müraciət edərək övladlarını yazdıra bilərlər.
5 yaşı tamam olmuş, amma bağçaya gedə bilməyən uşaqlar üçün valideynlər yaxınlıqdakı məktəbə müraciət edib, orada təşkil edilən məktəbə hazırlıq qruplarında hazırlaşmalarını təmin edə bilərlər. Məktəbəhazırlıq qruplarında təhsil almaq ödənişsizdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/554054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR