"Son zəng"ə hazırlıq gedir - VİDEO

"Son zəng"ə hazırlıq gedir - VİDEO
21:12 13 İyun 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah 84 min 811 şagird üçün sonuncu zəng çalınacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, buna görə də məktəblərdə siniflər və zallar bəzədilir. Orta məktəblərdə "Son zəng"ə hazırlıq işləri gedir. Şagirdlər sonuncu dəfə səhnəcikləri məşq edirlər.
Məzunlar xeyli müddətdir ki, "Son zəng"ə hazırlaşdıqlarını deyirlər.
Hazırlıq işlərində valideynlər də iştirak edir. Məzunların bəziləri "Son zəng"i adi qarşıladıqlarını desələr də, əksəriyyətinin üzündə həyəcan hiss edilir.
Şagirdlər qədər sinif rəhbərləri də həyəcanlıdır.
"Son zəng" mərasimləri yalnız məktəb daxilində təşkil ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/554052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR