Motosikletlə dünya səyahətinə çıxanlar Cəlilabadda - VİDEO

Motosikletlə dünya səyahətinə çıxanlar Cəlilabadda - VİDEO
21:12 13 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Motosikletlə dünya səyahətinə çıxan turistlər Cəlilabadda olublar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ixtisasca memar olan Ido De Conq səyahətə 4 həftə əvvəl Hollandiyadan həyat yoldaşı ilə birlikdə başlayıb. Onlar 4 gündür ki, Azərbaycandadırlar.
Cütlük qısa müddət ərzində ölkənin relyefi və milli yeməkləri barədə xeyli məlumat toplayıblar. Onların daha çox diqqətini çəkən əhalinin öz milli irsinə daha çox bağlı olması və qonaqlarla səmimi davranmalarıdır. Turistlər bildiriblər ki, digər ölkələrdən fərqli olraq burada yol boyu kəndlilərdən aldıqları ərzaq müqabilində pul xərcləməyiblər. İndiyə kimi 13 ölkədən keçən cütlük gün ərzində 350- 400 kilometr yol qət edir.
Əksər səyyahlardan fəqli olaraq onlar otellərdə qalmağa üstünlük verirlər. Hollandiyalı cütlük səyahəti avqust ayında Yaponiyada başa vurmağı planlaşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/554050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR