Rusiya qırıcısı Amerika bombardmançısını belə ələ keçirdi - VİDEO

Rusiya qırıcısı Amerika bombardmançısını belə ələ keçirdi - VİDEO
21:23 13 İyun 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

İnternetdə Rusiyanın Su-27 qırıcısı tərəfindən Baltik dənizi üzərində Amerika hərbi təyyarələri qrupunun ələ keçirilməsinin görüntüləri çıxıb.

Publika.az xəbər verir ki, videoçarx “Combat Aircraft” Yutub kanalında dərc edilib.

Məlumata görə, Amerika hərbi təyyarələri qrupunda B-1B Lancer və B-52 bombardmançıları, həmçinin KS-135 yanacaq dolduran təyyarə var idi. Kadrlar bombardmançılardan birinin kabinəsindən çəkilib. Videodan görünür ki, Su-27 Amerika təyyarəsinin yaxın məsafəsindən uçaraq daha sonra manevr edir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi iyunun 6-da Rusiya qırıcısının Baltik dənizi üzərində Rusiya sərhədi boyu uçmuş Amerikanın B-52 bombardmançısını ələ keçirdiyini və müşayiət etdiyini açıqlayıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR