Xaçmazda polis əməkdaşları qəzaya düşüblər

Xaçmazda polis əməkdaşları qəzaya düşüblər
21:37 13 İyun 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Xaçmaz Dövlət Yol Polisi Bölməsinin (DYPB) idarə etdiyi BMW markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlar Xaçmaz DYPB-nin əməkdaşları Quba rayon sakinləri 1993-cü il təvəllüdlü Hökmdar Almazov, 1992-ci il təvəllüdlü Rüstəm Həmidov və Xaçmaz şəhər sakini 1986-cı il təvəllüdlü Fəqan Babayevdir.

Hər üç şəxs ilkin tibbi yardımdan sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/554060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR