Sürücü öz avtobusunun altında qalaraq öldü

Sürücü öz avtobusunun altında qalaraq öldü
21:39 13 İyun 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Bakı prospektində qeydə alınıb. Gəncə səhər sakini, 1965-ci il təvəllüdlü Vahid Mahir oğlu İbrahimov idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusunu yol kənarındakı restoranlardan birinin qarşısında saxlayıb. Avtobusun təkərində yaranmış nasazlığı aradan qaldırmaq məqsədi ilə maşını avtokran vasitəsi ilə qaldırıb. Ehtiyatsızlıq nəticəsində avtomobil V. İbrahimovun üstünə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR