Mühafizəçi deputat Vəli Fətəliyevi bıçaqladı

Mühafizəçi deputat Vəli Fətəliyevi bıçaqladı
22:12 13 İyun 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Dağıstan Xalq Məclisinin deputatı Vəli Fətəliyev Dərbənddə münaqişə zamanı bıçaq yarası alıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Dağıstan güc strukturlarındakı mənbə bildirib.

"Bu gün axşam Dərbənd administrasiyası torpaq komitəsinin binasında münaqişə zamanı deputat Fətəliyev bıçaqlanıb", - mənbə deyib.

Onun sözlərinə görə, deputata hücum edən şəxs saxlanılıb: "Şübhəli şəxs torpaq komitəsi rəisinin mühafizəçisidir. Hazırda o, polis tərəfindən dindirilir".

Dağıstanın hüquq-mühafizə orqanlarından bu insidentlə bağlı rəsmi açıqlama verilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/554069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR