Xaçmazda polis maşını aşdı

Xaçmazda polis maşını aşdı
22:13 13 İyun 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, Xaçmaz Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşının idarə etdiyi BMW markalı avtomaşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində maşında olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Xaçmaz DYPB-nin əməkdaşları Quba rayon sakinləri 1993-cü il təvəllüdlü Hökmdar Almazov, 1992-ci il təvəllüdlü Rüstəm Həmidov və Xaçmaz şəhər sakini 1986-cı il təvəllüdlü Fəqan Babayevdir.

Hər üç şəxs ilkin tibbi yardımdan sonra evə buraxılıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR