İlan sancan kişi arvadı ilə birlikdə ölmək istədi

İlan sancan kişi arvadı ilə birlikdə ölmək istədi
22:22 13 İyun 2017
167 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hindistanda ilan sancan adam qəribə hərəkət edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Bihar əyalətində yaşayan Şankar Rai adlı şəxsi yuxuda olduğu zaman ilan sancıb.

Səhər ayıldığında özünü pis hiss edən və ilan sancmasına məruz qaldığını anlayan kişi arvadına qəribə istəyini söyləyib. O, arvadını çox sevdiyini və onunla birlikdə ölmək istədiyini deyib. Arvadının razılığını alan kişi dişlərini onun qoluna batırıb və bundan sonra hər ikisi huşunu itirib.

Ər-arvad yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Kişi həyatını itirib, qadın isə xilas edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/554077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR