Sabah Badamdarın su təchizatında fasilə yaranacaq -

İyunun 14-də saat 15:00-a qədər paytaxtın Badamdar qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Metbuat.az-ın məlumatına görə, Azərsunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı "Feysbuk" hesabı vasitəsilə bu barədə məlumat verib:

"Badamdar qəsəbəsini içməli su ilə təmin edən nasosxananın elektrik təchizatı sistemini ildırım vurduğundan qəsəbənin içməli su təchizatında 14 iyun saat 15-ə qədər fasilə olacaq. Azərsu ASC-nin mütəxəssisləri hazırda hadisə yerində qəzanın nəticələrini aradan qaldırırlar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR