İmişlidə piyada yük maşınından tökülən çuğundurun altında qalıb

İmişlidə piyada yük maşınından tökülən çuğundurun altında qalıb
23:17 13 İyun 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli. 13 iyun. REPORT.AZ/ İmişlidə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verir.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında İmişli şəhərində Şəkər zavodunun yaxınlığında qeydə alınıb.
Rayonun Məzrəli kənd sakini, 22 yaşlı Vasif İxtiyar oğlu Əmrahov piyada gedərkən avtomobil yoluna çıxıb. Bu zaman çuğundurla dolu “Kamaz” markalı yük maşını piyadanı vurmamaq üçün yolunu anidən dəyişib. Nəticədə maşın yol kənarına aşıb və çuğundurlar piyadanın üzərinə tökülməklə ona xəsarət yetirib. Xəsarət alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-piyada-yuk-masinindan-tokulen-cugundurun-altinda-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR