Suriyada YPG və ASO qüvvələri arasına döyüş olub:

Suriyanın Hələb şəhəri yaxınlığında YPG və Azad Suriya Ordusuna məxsus qüvvələr arasında qarşıdurma olub.

Metbuat.az-ın məlumatına görə, döyüşlər nəticəsində 42 nəfər ölüb, 10 nəfər isə yaralıdır.

Qeyd edək ki, ilk olaraq YPG Hələb çölündə yerləşən və Azad Suriya Ordusunun nəzarətində olan Deyra Azze qəsəbəsinə hücum edib. ASO-nun hücuma qarşılıq verməsi qarşıdurmaya səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR