"Qarabağ"ın sabiq hücumçusu İsveç yığmasını məğlubiyyətdən xilas edib

"Qarabağ"ın sabiq hücumçusu İsveç yığmasını məğlubiyyətdən xilas edib
00:07 14 İyun 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən olan Norveç millisi yoldaşlıq görüşü keçirib.
"Report"un məlumatına görə, rəqib İsveç yığması olub.
Oslodakı "Ullevaal" stadionunda təşkil olunmuş görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Meydan sahiblərindən Mohamed Elyunusi 44-cü dəqiqədə hesabı açıb. İsveç yığması 81-ci dəqiqədə bərabərlik topunu vurub. Həmin qola "Qarabağ"ın keçmiş hücumçusu Samuel Armenteros imza atıb. 68-ci dəqiqədə meydana daxil olmuş 27 yaşlı hücumçu millidəki debüt matçında fərqlənməyi bacarıb.
Samuel Armenteros "Qarabağ"da 2015-2016 mövsümündə forma geyinib. O, hazırda Hollandiya "Herakles"ində çıxış edir.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-in-sabiq-hucumcusu-i-svec-yigmasini-meglubiyyetden-xilas-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR