Bu gün Azərbaycan məktəblərində "Son zəng" çalınacaq

Azərbaycanda 2016-2017-ci dərs ili yekunlaşır.

Bu gün ölkənin ümumi təhsil müəssisələrində "Son zəng" çalınacaq.

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 10-cu sinfini 27 708, 11-ci sinfini 19 525 nəfər bitirəcək. Paytaxtda 45 321 nəfər 1-ci sinfi, 599 nəfər isə 12-ci sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) başa vuracaq.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov “Son zəng” tədbirlərinin təşkil edilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də hər bir müəssisənin ərazisində təşkil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR