5 qol vuruldu -

Fransa və İngiltərə milliləri yoldaşlıq görüşündə üz-üzə gəliblər.

Metbuat.az-ın məlumatına görə, oyunda hesab 9-cu dəqiqədə açılıb. Harri Keyn ingilisləri hesabda önə çıxarıb. Ancaq birinci hissənin sonuna kimi fransızlar hesabı öz xeyirlərinə dəyişə biliblər. Umtiti və Sidibe fərqlənib.

İkinci hissədə komandalar hərəyə bir dəfə qapıya yol tapıblar. Beləliklər, 5 qolun vurulduğu görüşdən Fransa 3:2 hesabı ilə qalib ayrılıb.

Yoldaşlıq görüşü

Fransa - İngiltərə - 3:2

Qollar: Umtiti, 22, Sidibe, 43, Dembele, 78 - Keyn, 9; 48 (pen.)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR