Tanınmış bəstəkarımız qəflətən dünyasını dəyişdi

Tanınmış bəstəkarımız qəflətən dünyasını dəyişdi
02:03 14 İyun 2017
218 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Rauf Əliyev bu dəqiqələrdə dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Yenicag.az-a Rejissorlar Gildiyasının direktoru Şahirə Tacəddin məlumat verib:

“Noyabrda yubiley konserti olacaqdı, əcəl aman vermədi. Qəfil ölümü ilə hamımızı sarsıtdı. On gün idi ki, infarkt keçirtmişdi. Həkimlərin ümidi yox idi. Üç gün idi ki, evə gətirmişdilər. Bu dəqiqələrdə keçinib”.

Qeyd edək ki, R. Əliyev uzun illər Kinostudiyanın musiqi rəhbəri vəzifəsində çalışıb. Məşhur “Yalan”, “Fəryad”, “Azərbaycan haqqında həqiqət”, “Kənar adamlar”, “Qara Volqa”, “Vahimə” kinofilmlərinə musiqi yazıb. 10-a yaxın mahnının müəllifidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/202495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR