İmişlidə QƏZA: Piyada çuğundurun altında qaldı

İmişlidə QƏZA: Piyada çuğundurun altında qaldı
03:18 14 İyun 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişlidə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verir.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında İmişli şəhərində Şəkər zavodunun yaxınlığında qeydə alınıb.

Rayonun Məzrəli kənd sakini, 22 yaşlı Vasif İxtiyar oğlu Əmrahov piyada gedərkən avtomobil yoluna çıxıb. Bu zaman çuğundurla dolu “Kamaz” markalı yük maşını piyadanı vurmamaq üçün yolunu anidən dəyişib. Nəticədə maşın yol kənarına aşıb və çuğundurlar piyadanın üzərinə tökülməklə ona xəsarət yetirib. Xəsarət alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/202489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR