Azərbaycanda ilk Qədr gecəsi qeyd olunub

Azərbaycanda ilk Qədr gecəsi qeyd olunub
04:17 14 İyun 2017
359 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycanda iyunun 13-dən 14-nə keçən gecə Ramazan ayının ilk Qədr gecəsi qeyd olunub.
"Report" xəbər verir ki, Bakıdakı "Fatimeyi-Zəhra" məscidinə toplaşan inanclı insanlar bu gecə münasibətilə ibadət edərək dualar oxuyublar, din xadimləri Ramazan ayının fəzilətlərindən danışıblar.
Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Lakin Qədr gecəsinin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə, Qədir gecəsi Ramazan ayının 19, 21, 23-cü və bəzi hədislərə əsasən, 26-cı gecələrindən biridir. Bu gecələr həm də "Əhya gecələri" adlanır.
Qədr gecəsində səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.
Ramazan ayının ikinci Qədr gecəsi iyunun 15-dən 16-na, üçüncüsü 17-dən 18-nə keçən gecən qeyd olunacaq. Sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni iyunun 21-dən 22-nə keçən gecəyə təsadüf edəcək.






























Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/bakida-ilk-qedr-gecesi-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR