Tillerson: “Rusiya seçkilərə müdaxilə edib”

Tillerson: “Rusiya seçkilərə müdaxilə edib”
04:19 14 İyun 2017
34 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Niderland və Fransadakı seçkilərə müdaxilə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Reks Tillerson Senatdakı dinləmələr zamanı müvafiq suala cavabında bildirib.  

 

“Bəli, mən hesab edirəm ki, edib”, - deyə o qeyd edib. Tillerson həmçinin Rusiyanın NATO-nun zəif olmasında maraqlı olduğunu bildirib.  

 

Rusiya tərəfi bundan əvvəl dəfələrlə ABŞ xüsusi xidmət orqanlarının Moskvanın ABŞ, Fransa və Almaniyada seçkilərə təsir etmək cəhdlərinə dair  ittihamlarını rədd edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR