Marsda qar aşkar olunub

Marsda qar aşkar olunub
04:57 14 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Yaponiyalı alimlər sensasiyalı kəşf etməyə müvəffəq olublar. Astrofiziklər Marsda qar aşkar ediblər.
"Report" xəbər verir ki, yağıntılar, ilkin məlumata görə, Yer kürəsinə düşən qardan fərqlənir.
Tədqiqatçılar, həmçinin qeyd ediblər ki, Qırmızı planetdəki qar örtüyü sudan deyil, karbon 4-oksiddən ibarətdir. O, planetdə təzyiqin düşməsi zamanı yaranır.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/marsda-qar-askar-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR