Üç ölkə Avropa Birliyindən atıla bilər

Üç ölkə Avropa Birliyindən atıla bilər
05:08 14 İyun 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Avropa Birliyi (AB), qanunun tələblərinə rəğmən mühacir qəbul etməyən Çexiya, Macarıstan və Polşa haqqında hüquqi prosesə start verib.

Trend-in Sputnik-ə istinadən verdiyi xəbərə görə, Avrokomissiyanın açıqlamasında Çexiya, Macarıstan və Polşaya dəfələrlə bu mövzuda müraciət edildiyi xatırladılıb. Lakin bu ölkələr çağırış və müraciətlərə məhəl qoymayaraq AB Şurasının qərarlarından yaranan öhdəliklərə məhəl qoymayıblar.

"Bununla bağlı Komissiya bu üç ölkə haqqında öhdəliklərin yerinə yetiriliməməsi mövzusunda hüquqi prosesin başlanmasına qərar verdi" — açıqlamada bildirilir. Bu qərarın sözügedən ölkələrin Birlikdən çıxarılmasına səbəb olub-olmayacağı prosesin gedişində bilinəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2766316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR