Putin Klintonu enerjili qadın adlandırıb

Putin Klintonu enerjili qadın adlandırıb
06:07 14 İyun 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun enerjili qadın olduğunu qeyd edib, lakin onun barəsində başqa söz deməkdən çəkinib.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu o, çərşənbə axşamı "Showtime" kabel kanalında nümayiş etdirilən amerikalı kinorejissor Oliver Stouna müsahibəsində deyib.
Stoun bildirib ki, Klinton Ukrayna ilə bağlı sərt mövqe tutur və Rusiya rəhbərliyi barədə son dərəcə tənqidi danışır.
"Bizim üçün yeni heç nə yoxdur. Biz onunla şəxsən tanışıq, o, çox enerjili qadındır", - deyə Putin qeyd edib.
"Bizdə də hər cür müqayisə ola bilərdi, amma biz siyasi mədəniyyət səbəbindən ifrat fikirlərdən yayınırıq", - deyə Rusiya lideri vurğulayıb.
Klinton 2016-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar partiyasından namizəd olub. O, respublikaçı Donald Trampa məğlub olub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/putin-klintonu-enerjili-qadin-adlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR