Yoldaşlıq oyunları - NƏTİCƏLƏR

Yoldaşlıq oyunları - NƏTİCƏLƏR
07:13 14 İyun 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar arasında bir neçə yoldaşlıq oyunu keçirilib.

Publika.az xəbər verir ki, Braziliya millisi səfərdə Avstraliyanı darmadağın edib - 4:0. Bir neçə gün öncə “sambaçılar”ı minimal hesabla məğlub etmiş Argentina yığması isə səfərdə Sinqapurun daşını daş üstə qoymayıb - 6:0.

Günün ən maraqla gözlənilən oyunlarından biri isə Parisdə baş tutub. Fransa millisi İngiltərə yığmasını qəbul edib. 5 qolun vurulduğu oyundan “xoruzlar” qalib ayrılıb - 3:2.

Yoldaşlıq oyunları

13 iyun

Avstraliya - Braziliya 0:4
Qol: Dieqo Souza, 1; 90+3. Tyaqo Silva, 62. Tayson, 75.

Sinqapur - Argentina 0:6
Qol: Fazio, 25. Korrea, 31. Qomes, 60. Paredes, 74. Alario, 90. Di Maria, 90+3.

İndoneziya - Puerto-Riko 0:0

CAR - Zambiya 1:2
Qol: Manyama, 23 - Mvila, 72. Mundia, 79.

Norveç - İsveç 1:1
Qol: Elyunusi, 44 - Armenteros, 81.

Rumıniya - Çili 3:2
Qol: Stanku, 31. Stankiu, 60. Baluta, 83 - Varqas, 8. Valensia, 18.
Qırmızı vərəqə: Qari Medel, 34 (Çili).

Kamerun - Kolumbiya 0:4
Qol: Xames Rodriqes, 16. Mina, 30; 52. İskerdo, 86.
Qırmızı vərəqə: Tambe, 47 (Kamerun).

Fransa - İngiltərə 3:2
Qol: Umtiti, 22. Sidibe, 43. Dembele, 78 - Keyn, 9; 49-pen.
Qırmızı vərəqə: Varan, 48 (Fransa).


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/202493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR