İraq Qətərin blokadasının əleyhinə çıxış edib

İraq Qətərin blokadasının əleyhinə çıxış edib
07:17 14 İyun 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-Abadi Qətərin ərəb ölkələri tərəfindən təcridinə qarşı çıxış etdiyini bildirib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, baş nazir bunun rejimə deyil, sadə vətəndaşlara ziyan vurduğunu qeyd edib.
"İraq Qətərin Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ərəb qonşuları tərəfindən təcridinə qarşı çıxır, çünki bu, adi vətəndaşlara ziyan vurur", - baş nazir bildirib.
Heydər əl-Abadi kral Salman bin Əbdüləziz As-Səud ilə danışıqlar aparamaq üçün çərşənbə günü Səudiyyə Ərəbistanına səfər edəcək.
İraqın baş naziri bildirib ki, o, Səudiyyə Ərəbistanından Qətərə qarşı irəli sürülən ittihamlar barədə izahat istəyəcək.
"Blokada rejimlərə təsir etmir, blokada insanlara əzab verir", - baş nazir bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raq-qeterin-blokadasinin-eleyhine-cixis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR