"Sən necə də əxlaqsız qadınsan?" - aktrisa əsəbiləşdi

"Sən necə də əxlaqsız qadınsan?" - aktrisa əsəbiləşdi
07:32 14 İyun 2017
Ölkə mətbuatı
A- A+

Türkiyədə 12 yaşlı Ceylinin qonşuları tərəfindən öldürülərək gizlədilməsi hər kəsi şok edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir çox məşhur mövzu ilə bağlı sərt açıqlamalar verib. Lakin "yaşam koçu" Sibel Üresin bir telekanalda bu fikri ilə diqqət çəkib:

"12 yaşlı bir qız yetişkin olmuşsa, ərə gedə bilər. Dini hökmü budur. Hətta 60 yaşlı kişiyə də ərə gedə bilər, mənim üçün problemli deyil, təbii ki, qız üçün də yoxdursa. Amma əsas qızın yetişkin olmasıdır. Yoxsa ki, yaş həddi deyilən bir şey yaradırlar. Dində də yaş həddi yoxdur"

Aktrisa Birce Akalay bu sözlərə əsəbiləşərək "Sən necə əxlaqdan uzaq bir qadınsan?" yazıb. O, "12 yaşlı qız uşağı 60 yaşlı biri ilə evlənə bilər" deyən əxlaqsızlar üzündən Ceylinlər öldürülür" fikrini əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/553999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR