Bəstəkar Rauf ƏIiyev vəfat edib

Bəstəkar Rauf ƏIiyev vəfat edib
08:22 14 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəstəkar Rauf ƏIiyev 70 yaşında vəfat edib. Milli.Az bildirir ki, bu barədə APA-ya Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib. Rauf Əliyevin ürək tutmasından dünyasını dəyişdiyi bildirir. Bəstəkar bu gün Bakıda dəfn olunacaq.

Rauf Əliyev 1947-ci il mayın 1-də Azərbaycanın Şuşa şəhərində anadan olub.
 
Rauf Əliyev 90-a yaxın  - "Azadlığa gedən yollar", "İşığını əsirgəmə", "Yalan", "Fəryad", "Azərbaycan haqqında həqiqət", "Kənar adamlar", "Qara Volqa", "Vahimə" və digər Azərbaycan filmlərinə musiqi bəstələyib, 10-a yaxın mahnının müəllifidir.
 
Allah rəhmət eləsin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/554100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR