Paytaxtda maşın səki ilə gedən qıza çırpılıb

Paytaxtda maşın səki ilə gedən qıza çırpılıb
08:32 14 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, paytaxtın Cavanşir küçəsində taksi fəaliyyəti ilə məşğul olan iki avtomobil - "Mercedes" və "Jiquli" toqquşub.

Zərbənin gücündən "Jiquli" səki ilə hərəkət edən 1998-ci il təvəllüdlü Mahmudlu Məryəm Mirzağa qızına dəyib. Nəticədə piyada bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Fakt araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/554104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR