UEFA 5 yeni mükafat təsis edib

UEFA 5 yeni mükafat təsis edib
08:42 14 İyun 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

UEFA 2016/17 mövsümündə Avrokuboklarda özünü yaxşı tərəfdən göstərən futbolçulara təqdim etmək üçün 5 yeni mükafat təsis edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu mükafatlar avqustun 24-də Monakoda təqdim olunacaq. Yeni mükafatlar Çempionlar Liqasının ən yaxşı qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi, hücumçu və Avropa Liqasının ən yaxşı oyunçusu üçün hazırlanıb. Onları münsiflər heyəti seçəcək. Bura 2016/17 mövsümünə Avroliqa və Çempionlar Liqasının qrup mərhələsində oynayan klubların baş məşqçiləri və 55 tanınmış idman jurnalisti daxil olacaq. Məşqçilərə öz komandasının oyunçusuna səs vermək qadağandır. 4 nominasiyada mükafatlara namzədlərin adı avqustun 4-də açıqlanacaq. Avroliqa və Çempionlar Liqasının ən yaxşı futbolçusu olmağa 3 namizəd isə avqustun 15-də məlum olacaq.

Qeyd edək ki, "Qarabağ" və "Qəbələ" ötən mövsüm Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazandığından münsiflər heyətində Qurban Qurbanov və Roman Qriqorçuk da yer alacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/554012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR