Qubada "Prado" çaya aşıb, 3 nəfər yaralanıb

Qubada "Prado" çaya aşıb, 3 nəfər yaralanıb
08:52 14 İyun 2017
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba. 14 iyun. REPORT.AZ/ Quba-Xınalıq yolunun Minarə adlanan hissəsində "Toyota Prado" markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirərək çaya aşıb.
"Report"un Şimal bürosu xəbər verir ki, nəticədə avtomobildə olan 3 nəfər xəsarət alıb.
Yaralılardan birinin vəziyyəti ağır olduğundan o, Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər maşında olan sərnişin - 2002-ci il təvəllüdlü, Qubanın Kələnov kənd sakini Babayeva Zeynəb Nəcməddin qızına onurğa sütununun sınığı diaqnozu qpyublar. Avtomobildə olan digər iki nəfər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qubada-prado-caya-asib-3-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR