Londonda yanğın 27 mərtəbəli yaşayış binasını tam ağuşuna alıb

Londonda yanğın 27 mərtəbəli yaşayış binasını tam ağuşuna alıb
09:27 14 İyun 2017
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Londonun qərbində çoxmərtəbəli yaşayış binası yanır. "Report" BBC-yə istinadən xəbər verir ki, alov 27 mərtəbəli binanı tam ağuşuna alıb.
Londonun Şimali Kensinqton bölgəsindəki "Grenfell Tower" binasına təxminən 40 yanğınsöndürmə maşını və 200 yanğınsöndürən göndərilib, amma onlar hələ ki, yanğının öhdəsindən gələ bilmir.
Tüstüdən xəsarət alanlar barədə məlumat var, həkimlər onlara yardım edir, sadəcə, belə xəsarət alanların dəqiq sayı bilinmir.
Hadisə şahidlərinin sözlərinə görə, yolların çox dar olmasına görə yanğınsöndürən maşınların binaya yaxınlaşması çox çətindir.






Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/londonda-yangin-27-mertebeli-yasayis-binasini-tam-agusuna-alib-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR