Əməliyyat olunan Murad Dadaşov

Ötən gün əməliyyat olunan əməkdar artist Murad Dadaşov ATV kanalında yayımlanan, layihə rəhbəri və aparıcısı olduğu "Maşın şou"-ya qayıdıb.

Metbuat.az xəbər verir ki, efirə çıxan aparıcı özünü yaxşı hiss etdiyini bildirib:

"Hər kəsə dəstəyinə görə minnətdaram. İndi bir balaca ağrılarım olsa da, yaxşıyam. İlk dəfə idi ki, "Maşın şou"nu evdən izləyirdim. Şükür, indi burada sizinləyəm. Ümid edirəm ki, həmişə də belə olacaq".

Qeyd edək ki, Murad Dadaşov ayağına düşən mikroba görə əməliyyat olunub.

Dilarə Zamanova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR