Bu il XI sinifləri 84088 şagird bitirir

Bu il XI sinifləri 84088 şagird bitirir
09:44 14 İyun 2017
45 Digər
Ölkə mətbuatı
A- A+

 

2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi  (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirir. 

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2017-2018-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 164 945  nəfərdir.

 

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun  əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276934

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR