Üzərinə qaya parçası düşən tələbənin ölümü kamerada - VİDEO

Üzərinə qaya parçası düşən tələbənin ölümü kamerada - VİDEO
09:53 14 İyun 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Gümüşhane bölgəsində dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, Gümüşhane Universitetinin Qida Mühəndisliyi fakültəsinin 3-cu kurs tələbəsi Abdulla Atakan Öztürkmenoğlu dərsdən çıxıb evə getdiyi yolda faciəli şəkildə həyatını itirib. Dostları ilə evə gedən gəncin başına yol kənarındakı yamacdan iri qaya parçası düşüb.

Dostları və ətrafdan keçən nəqliyyat vasitələri qəzadan son anda qurtulsalar da, gəncin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə gələn bölgə prokurorluğunun nümayəndələri hadisənin hansı səbəbdən baş verdiyini araşdırır.

İlkin ehtimallara görə, hadisəyə son günlərdə intensiv yağan yağışlar səbəb olub.

Gəncin faciəli ölümünün anbaan görüntülərini təqdim edirik:

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR