Azərbaycandakı BOKT-lardan biri yenidən kredit ittifaqı olub

Azərbaycandakı BOKT-lardan biri yenidən kredit ittifaqı olub
10:02 14 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Təxminən 1 il bundan əvvəl bank olmayan kredit təşkilatına (BOKT) çevrilmiş “Ağan Kredit İttifaqı” MMC (İmişli rayonu) yenidən əvvəlki təşkilati-hüquqi formaya qayıdıb və kredit ittifaqına çevrilib.
Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, sözügedən maliyyə qurumu BOKT kimi Vergilər Nazirliyində dövlət qeydiyyatından keçdikdən sonra nizamnamə kapitalının BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat olmasını əsas gətirərək lisenziya üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Palata isə bu müraciətə mənfi cavab verib və İttifaqa əvvəlki təşkilati-hüquqi formaya qayıtmaq tövsiyə olunub. “Ağan”a BOKT lisenziyasının verilməməsinin səbəbi açıqlanmır.
Xatırladaq ki, “Ağan Kredit İttifaqı” 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 300 335 manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycandaki-bokt-lardan-biri-yeniden-kredit-ittifaqi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR