Azərbaycan səfiri etimadnaməsini Çili prezidentinə təqdim etdi - FOTO

Azərbaycan səfiri etimadnaməsini Çili prezidentinə təqdim etdi - FOTO
10:05 14 İyun 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Çili Respublikasının prezidenti Mişel Baçeletə təqdim edib.

XİN-dən Milli.Az-a verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Çili Prezidentinə çatdırıb.

Prezident M.Baçelet onun da salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə səfir R.Aslanov Azərbaycan haqqında xanım M.Baçeletə ətraflı məlumat verib. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrindən bəhs edərək Çilinin Avrasiya ilə ticarət əlaqələrində Azərbaycanın mühüm rol oynaya biləcəyini bildirib. Görüş əsnasında həmçinin, Azərbaycan və Çili arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident M.Baçelet səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/554135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR