Üzücü xəbərlər ard-arda gəlir, içəridə türklər də var...

Londonda 24 mərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı ən azı 6 nəfər həlak olub. Faktı London polisi də təsdiqləyib.

Gecə saatlarında baş vermiş güclü yanğın nəticəsində xəsarət alanların sayı 50 nəfərə çatıb.

Sözügedən binada Türkiyə vətəndaşlarının da olduğu deyilir.

XXX

Londonun mərkəzində 27 mərtəbəli yaşayış binasında yanğın baş verib.

Metbuat.az xəbər verir ki, 120 mənzilin daxil olduğu 27 mərtəbəli binada yanğın hələ də davam edir. Yayılan xəbərlərə görə, binadan özünü atanlar, mələfələri bir-birinə bağlayaraq canlarını qurtarmağa çalışanlar da var. Hadisə yerindən çəkilən fotolarda üst mərtəbələrdə olan insanların əl fənəriylə yardım istədiyi görünür.

Sakinlərin təxliyəsi həyata keçirilir. Yanğının söndürülməsi üzrə işlər aparılır.

Qeyd edək ki, gecə saatlarında başlayan yanğını söndürmək üçün 200 yanğınsöndürən cəlb edilib. İlk rəsmi açıqlamaya əsasən hadisə nəticəsində 30 nəfər yaralanıb. Yanğının səbəbi hələ də bilinmir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR