Dəmir yolu xəstəxanası MMC-yə çevrilib

Dəmir yolu xəstəxanası MMC-yə çevrilib
10:27 14 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Dəmir Yolu Xəstəxanası adını dəyişdirib.
Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.
Belə ki, tibb müəssisəsi yenidən təşkil olunaraq "Azərbaycan Dəmir Yolları" QSC Həkim-Sanitar Xidmətinin "Bakı Dəmir Yolu Xəstəxanası" MMC-yə çevrilib.
Bundan başqa, Azərbaycan Dövlət Dəmir Yolu Xaçmaz Dəmir Yol Xətt Ambulatoriyası da adını dəyişdirib. Ambulatoriya yenidən təşkil olunaraq "Azərbaycan Dəmir Yolları" QSC Həkim-Sanitar Xidməti "Xaçmaz Dəmir Yolları Ambulatoriyası" MMC olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/demir-yolu-xestexanasi-mmc-ye-cevrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR