Bakıda “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” adlı beynəlxalq konfrans başlayıb

Bakıda “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” adlı beynəlxalq konfrans başlayıb
10:27 14 İyun 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 iyun. REPORT.AZ/ Bakıda “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans başlayıb.
"Report" xəbər verir ki, tədbir Təhsil Nazirliyinin dəstəyi, UNEC, Clarivate Analytics (Thomson Reuters), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilir. 
Konfransda Nobel mükafatçısı Əziz Sancar, Azərbaycanın tanınmış elm və təhsil mərkəzlərinin rəhbərləri, alimlər iştirak edir.
UNEC-in rektoru Ədalət Muradov bildirib ki, son dövrlərdə təhsilin inkişafı üçün bir sıra vacib islahatlar həyata keçirilir: "Cəmiyyətdə qəbul edilir ki, təhsil, elm və istehsal üçbucağı prizması gücləndirilib. Universitetlər insan kapitalı formalaşdırılan bir müəssisədir".
Dünyanın nüfuzlu alimlərinin toplaşdığı elmi platformada elm və təhsilin problemləri, perspektivləri, universitetlərdə elmmetriyanın tətbiqi, elmin iqtisadiyyatı və maliyyələşdirilməsi, əqli mülkiyyət hüquqlarının və elmi etikanın qorunması ilə bağlı müzakirələr aparılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bakida-universitetlerde-elmi-fealiyyetin-muasir-idareetme-modeli-adli-beynelxalq-konfrans-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR