İçki məclisində iştirak etmək günahdırmı?

İçki məclisində iştirak etmək günahdırmı?
10:43 14 İyun 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Dini mənbələrimizə görə, içki ilə bağlı bir çox məqamlar tənqid olunub. İçkini içmək və satmaq günah olduğu kimi, onun içildiyi məclislərdə iştirak etmək də günahdır. Siz öz iştirakınızla o məclisi təsdiq etmiş və bu hərəkətə rəvac vermiş olursunuz.

Burada stolların ayrı olması deyil, məclisin bir üzvü sayılıb-sayılmamaq əsasdır. Yəni "toyda başqa stollarda araq içilib, amma bizim stola araq qoyulmayıbsa nə günahı var" düşüncəsi səhvdir.

Amma əlbəttə ki, həmin məclisin bir üzvü sayılmasanız, günahı olmaz. Məsələn, restoranda adi şam yeməyində sizin yanınızdakı stol arxasında oturanlar içki içsələr, sizə günah yazılmaz. (islam.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqliinanc/202513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR